Mədəniyyət · AZƏRTAC

Sitarə İbrahimbəyli: “Yaşa, Xəzər!” sərgisi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sitarə İbrahimbəyli: “Yaşa, Xəzər!” sərgisi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

“Var yox” platformasının səkkiz illik fəaliyyətindən sonra nəhayət, öz sərgi məkanı – “Otaq” fəaliyyətə başlayıb. Məkanın ilk sərgisi rəssam Fərid Rəsulovun əsərlərindən ibarət “Yaşa, Xəzər!” adlı layihədir. Sərginin əsas ideyası iqlim dəyişikliklərinin Xəzər dənizinə və onun ekosisteminə təsirinə diqqət çəkməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında multimedia sənətçisi, sərginin kuratoru Sitarə İbrahimbəyli deyib.

O bildirib ki, son illərdə Xəzər dənizində bir sıra ciddi ekoloji problemlər müşahidə olunur və bu proseslər dənizdə yaşayan canlıların həyatına da təsir göstərir. Sərgidə təqdim olunan əsərlərdə Fərid Rəsulov Xəzərin üzləşdiyi ekoloji problemləri araşdıraraq dənizin hazırkı vəziyyətini və onun canlılarının qarşılaşdığı təhlükələri sənət dili ilə ifadə edib. Ziyarətçilər əsərlərlə yanaşı, mövzuya dair hazırlanmış məlumatlandırıcı mətnlərlə də tanış ola bilərlər.

Sitarə İbrahimbəyli qeyd edib ki, Xəzər dənizi beş ölkənin sahillərini əhatə etdiyindən onun və burada yaşayan canlıların qorunması istiqamətində ortaq məsuliyyətin bölüşdürülməsi vacibdir. Onun sözlərinə görə, bu sərgi həm də gələcək nəsillərə ünvanlanan mühüm mesajdır.

“Biz rəssamlar və incəsənət nümayəndələri olaraq, ilk növbədə, bu problemlərə diqqət çəkməyə, onları ictimaiyyətə çatdırmağa çalışırıq. Ümid edirik ki, sənət vasitəsilə gündəmə gətirilən bu mövzu daha ciddi addımların atılmasına təkan verəcək”, – deyə kurator vurğulayıb.

Müxbir - Gülay Nəzərova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑