Dünya · Xəzər Xəbər

Moskvaya kütləvi dron hücumu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moskvaya kütləvi dron hücumu xəbəri üçün şəkil

Rusiyanın paytaxtı Moskva kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalır.

Yerli “Telegram” kanalları raket hücumu təhlükəsi barədə də məlumat yayıblar.

Hücumlarla əlaqədar Moskvanın hava limanlarında “Xalça planı” tətbiq edilib, uçuşlara məhdudiyyətlər qoyulub.

Paytaxtın Tekstilşiki, Kuzminki, Lyublino, Maryino, Kapotnya, Brateyevo, Zyablikovo, Naqatinski Zaton və Tsaritsıno rayonlarında dron təhlükəsi elan olunduğu bildirilir.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, son 24 saat ərzində paytaxta yaxınlaşan 195 pilotsuz uçuş aparatı vurulub.

Məhdudiyyətlər beynəlxalq uçuşlara da təsir göstərib. Belə ki, Türkiyədən Moskvaya uçan üç təyyarə Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən Polşa və Litvanın hava məkanından geri qayıtmalı olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑