Dünya · Baku.ws

Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib xəbəri üçün şəkil

Litvanın Panevejis və Şaulyay bölgələrində mümkün pilotsuz uçuş aparatı təhlükəsi səbəbindən qırmızı hava həyəcanı elan olunub.

BAKU.WS xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, təhlükə ilə bağlı sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib. İnsanlara dərhal sığınacaqlara və digər təhlükəsiz yerlərə keçmək, rəsmi qurumların göstərişlərini gözləmək tövsiyə edilib.

Son məlumata əsasən, Şaulyay və Kaunas bölgələrində hava həyəcanı ləğv olunub. Panevejis bölgəsində isə qırmızı təhlükə səviyyəsi qüvvədə saxlanılıb.

Dronun mənşəyi və hadisənin digər təfərrüatları barədə hələlik rəsmi məlumat verilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑