Dünya · Editor.az

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ali Radanın deputatı Zelenskinin varisini açıqladı xəbəri üçün şəkil

“Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər”.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün “Telegram” kanalında bildirib.

“Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq. Bu imkansızdır. Biz Zelenskinin yerinə başqa heç kimi prezident təyin edə bilmərik. Bu vəzifəni yalnız parlamentin rəhbəri tuta bilər. Başqa variant yoxdur”, – deyə Dmitruk yazib.

Siyasətçi həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkinin keçirilməsi zərurəti ilə bağlı son bəyanatları ölkəyə yeni lider seçməyə deyil, məhz Zelenskini hakimiyyətdən kənarlaşdırmağa yönəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑