Dünya · Ölkə.az

Rusiyanın anti-dron müdafiə sistemində ciddi problemlər üzə çıxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın anti-dron müdafiə sistemində ciddi problemlər üzə çıxıb xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, yeni müdafiə sistemi metal barmaqlıqlar, zəncirlər, troslar və rezin örtüklərdən ibarətdir.

Məlumata görə, sistem Arzamas Maşınqayırma Zavodunda hazırlanıb. Yeni müdafiə vasitələri ilə təchiz edilmiş zirehli transportyorlar Belarusda keçirilən təlimlər zamanı görüntülənib.

Hərbi texnika üzrə araşdırmaçı Andrey Tarasenkonun sözlərinə görə, əlavə avadanlıq transportyorun çəkisini təxminən 15 faiz artırıb. Nəticədə zirehli maşının maksimal sürəti magistral yolda saatda 50, çətin relyefli ərazidə isə 20 kilometrə enib. Bundan başqa, müdafiə konstruksiyası döyüş qülləsinin hərəkətini məhdudlaşdırıb. Qüllə artıq tam dairə üzrə deyil, yalnız 270 dərəcə dönə bilir.

Ekspert bildirib ki, rezin örtüklər yanğın təhlükəsini artırır. Üstəlik, yeni sistem şəxsi heyəti tam qorumur və tank əleyhinə minalara qarşı nəzərdə tutulmayıb.

Tarasenko qeyd edib ki, BTR-82A köhnəlmiş BTR-80 platforması əsasında hazırlanıb. Onun fikrincə, bu, zirehli maşının daha da təkmilləşdirilməsini çətinləşdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑