ABŞ-da oktyabrın 17-də Prezident Donald Trampın siyasətinə qarşı çıxan "Kral yoxdur" (No Kings) hərəkatı ölkə miqyasında yüzlərlə aksiya təşkil edib.
Bizim.Media xəbər verir ki, NBC News nəşrinin verdiyi məlumata görə, təşkilatçılar vətəndaşları noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdə vaxtından əvvəl səs verməyə çağırıblar.
Nümayişlər ölkənin iri şəhərlərində və kiçik yaşayış məntəqələrində baş tutub. Təşkilatçılar tədbirlərin partiyasız xarakter daşıdığını, lakin ana məqsədin Tramp administrasiyasının siyasətindən narazı olan seçiciləri səfərbər etmək olduğunu bildiriblər.
Vaşinqtondakı Linkoln memorialı önündə və Atlantada keçirilən mitinqlərdə yerli rəsmilər və fəallar vətəndaşları öz seçki hüquqlarından fəal istifadə etməyə, səsvermə hüquqlarının pozulmasına imkan verməməyə səsləyiblər.
Aksiyalar səsvermə qaydaları üzrə mübahisələrin kəskinləşdiyi bir dövrə təsadüf edir.
Tramp administrasiyası Kaliforniyanın seçki orqanlarına qarşı məhkəmə iddiası qaldıraraq immiqrasiya statusu təsdiqlənməyən şəxslərin poçtla göndərdiyi bülletenlərin nəzərə alınmamasını tələb edib.
ABŞ Ədliyyə Nazirliyi bülletenləri emal edən yerli məmurlara cinayət məsuliyyəti xəbərdarlığı edib, konqresmen-demokratlar isə Baş prokurordan seçki materiallarının rəsmi nəticələr təsdiqlənənədək müsadirə olunmamasını tələb ediblər.
Bizim.Media






