Dünya · Bizim.Media

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“1979-dan bəri belə çətinliklə üzləşməmişik” xəbəri üçün şəkil

“İran 1979-cu il inqilabından bəri belə təzyiq və çətinliklə üzləşməyib”.

Bizim.Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian onlayn qatıldığı Şərqi Azərbaycan vilayətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında deyib.

O, ölkədəki iqtisadi və sosial vəziyyəti qiymətləndirərək cəmiyyət daxilində həmrəyliyin vacibliyini vurğulayıb.

Prezident inqilabın ilk illərində sosial və iqtisadi problemlərin məscidlər ətrafında birgə səylərlə həll edildiyini xatırladıb. O, məhəllə sakinlərinin bir-birinin vəziyyətindən xəbərdar olmasının və ehtiyacı olanlara dəstək göstərməsinin vacibliyini qeyd edib.
 

“İnqilabdan sonrakı 47 ildə ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməyib”, – deyə Pezeşkian bildirib.


Onun sözlərinə görə, düşmənlər İranın keçmiş Ali rəhbəri Əli Xamenei, eləcə də, bir sıra komandir və rəsmiləri hədəf alaraq ölkədə qeyri-sabitlik yaratmağa çalışıblar. Bununla belə, Pezeşkian İranda qeyri-sabitliyin olmadığını, əksinə, birlik və həmrəyliyin gücləndiyini söyləyib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑