Dünya · Xəzər Xəbər

Kiyevə hücum edilib, ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevə hücum edilib, ölənlər var xəbəri üçün şəkil

Rusiya ordusu oktyabrın 20-dən 21-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə dronlarla hücum edib.

Xezerxeber.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, dronlardan biri Svyatoşin rayonundakı 24 mərtəbəli binaya dəyib. Nəticədə binanın 20-ci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın baş verib və həmin mənzil yararsız hala düşüb. Bu hadisə zamanı 2 nəfər həlak olub.

Zərərsizləşdirilən dronlardan birinin düşməsi nəticəsində isə Desnyanski rayonunda binanın qarşısında park edilmiş 7 avtomobil yanıb.

Kiyevə hücum zamanı enerji infrastrukturuna da ziyan dəyib. Ukrayna paytaxtının bəzi ərazilərində enerjinin verilişi dayandırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑