Biznesmen Cared Kuşner Osloda keçirilən danışıqlarda ABŞ Prezidenti Donald Trampın Ukraynaya Rusiya neft emalı zavodlarına zərbələr endirməyi dayandırmaq tələbi olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.
“Cared çox açıq və birbaşa danışdı”, – deyə nəşrin həmsöhbəti bildirib.
Kuşner görüşdə videobağlantı vasitəsilə iştirak edib.
“Axios”un məlumatına görə, ABŞ liderinin kürəkəni qripə yoluxduğu üçün danışıqlarda şəxsən iştirak edə bilməyib.
Qeyd edək ki, oktyabrın 20-də Osloda keçirilən danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər.
“Axios”un müxbiri Barak Ravid bildirib ki, ABŞ, Ukrayna və Avropa ölkələri Osloda münaqişənin həlli istiqamətində atılacaq növbəti addımlar və Rusiya ilə münasibətlərə dair vahid mövqedə razılaşıblar.
Əliyar Xəlil
Globalinfo.az



