Dünya · Modern.az

Tramp aralıq seçkilərinə 400 milyon xərcləyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp aralıq seçkilərinə 400 milyon xərcləyəcək
Tramp aralıq seçkilərinə 400 milyon xərcləyəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərin onun üçün çox vacib olduğunu bildirib. O, seçkilər gününədək bu məqsədlə 400 milyon dollardan çox vəsait xərcləyəcəyini, artıq 300 milyon dollardan çox pul sərf etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında yazıb.

“Respublikaçılar Partiyasına, bütün siyasi baxışlarımıza və prinsiplərimizə inandığım üçün, xüsusilə də Fransada və Avropanın digər ölkələrində baş verən hadisələri nəzərə alaraq, ölkəmizin tarixində ən vacib aralıq seçkilərinə qədər 400 milyon dollardan çox pul xərcləyəcəyimi məmnuniyyətlə bildirirəm.

Artıq 300 milyon dollardan çox vəsait reklama, seçicilərlə birbaşa və dolayı işə, mitinqlərə, mitinq məkanlarına, telefon mitinqlərinə, seçici fəallığının artırılması proqramlarına, seçkilərin dürüstlüyünün təmin edilməsinə və digər tədbirlərə sərf olunub”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, ölkəni “uçurumdan çıxarmaq” üçün çox işlər görmüş Respublikaçılar Partiyasının adından belə bir addım atmaq onun üçün böyük şərəfdir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑