Dünya · Globalinfo.az

Putinlə danışıqlardan sonra ilk işi bilindi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə danışıqlardan sonra ilk işi bilindi xəbəri üçün şəkil

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Norveçə qayıdacaq və görüşün necə keçdiyi barədə məlumat verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe “NRK” telekanalına açıqlamasında deyib.

Norveç tərəfi Rusiyadakı təmaslar barədə məlumat almaq üçün Uitkoffu hava limanında qarşılamağı planlaşdırır.

Qeyd edək ki, oktyabrın 20-də ABŞ, Ukrayna və Avropa ölkələri Norveçin paytaxtı Osloda keçirilən danışıqlarda münaqişənin həlli istiqamətində növbəti addımlar və Rusiya ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə vahid mövqeyə gəliblər.

Bundan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Putinlə danışıqlar aparmaq üçün Rusiyaya yola düşüb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, dövlət başçısı Uitkoffu oktyabrın 21-də günün birinci yarısında Konstantin sarayında qəbul edəcək. Görüşün əsas mövzusu Rusiya-Ukrayna münaqişəsinin nizamlanması olacaq.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑