Dünya · Axar.az

Türkiyənin növbəti prezidenti o ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyənin növbəti prezidenti o ola bilər xəbəri üçün şəkil

Mansur Yavaşın prezidentliyə namizədliyini irəli sürməməsi ehtimalı yoxdur. O, geri çəkilə bilməz.

Axar.az xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşın baş müşaviri Fəramuz Üstün deyib.

“O özü hələ qərar verməyib, amma ictimaiyyət bunu istəyir. Məsələ onun nəzarətindən kənara çıxıb.

Mansur bəy deyir ki, o, vətənə xidməti hərbi xidmət kimi vətənpərvərlik vəzifəsi olaraq görür. Əgər vətəndaşlar ondan belə bir şey gözləyirsə, o, bunu hərbi vəzifə hesab edəcək. Vətənpərvər insan heç vaxt hərbi xidmətdən yayınmaz.

Yavaş həmçinin AKP seçicilərindən də dəstək ala bilər”, - o bildirib.

Qeyd edək ki, Mansur Yavaş Türkiyənin ən nüfuzlu siyasətçilərindəndir və prezidentliyə 3 real namizəddən biri hesab olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑