Dünya · Publika.az

Rusiyadan Finlandiyanın sabiq baş nazirinə SƏRT MESAJ: Ağılsız aqressiya!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyadan Finlandiyanın sabiq baş nazirinə SƏRT MESAJ: Ağılsız aqressiya! xəbəri üçün şəkil

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyanın sabiq baş naziri Sanna Marinin çağırışını “axmaqcasına aqressiv” təklif adlandıraraq, bunun Avropa siyasi elitalarının özünümühafizə hissini itirdiyini göstərdiyini bildirib.

Publika.az xəbər verir ki, Zaxarova bunu jurnalistlərə açıqlamasında qeyd edib.

“Biz Sanna Marinin təklifinə diqqət yetirdik. Bu, hətta hərbi xarakterli deyil, daha çox axmaqcasına aqressiv təklifdir. Avropanın siyasi elitaları artıq insanların və ümumilikdə bəşəriyyət üçün ən vacib hisslərdən biri olan özünümühafizə hissini itirdiklərinin fərqində belə deyillər. Məncə, onlar təmsil etdikləri xalqa hörmət hissini də itirirlər”, – deyə diplomat vurğulayıb.

Zaxarova həmçinin bildirib ki, Marinin bu açıqlaması Finlandiya ictimaiyyəti tərəfindən də dəstəklənməyib.

Xatırladaq ki, oktyabrın 18-də Finlandiyanın Sosial Demokrat Partiyasından olan Sanna Marinin partiyadaşları onun Rusiyaya məxsus və guya ölkənin hava məkanını pozan təyyarələrin vurulması ilə bağlı çağırışını pisləyiblər.

Müəllif: Valeh

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑