Türkiyədə CHP-nin 38-ci qurultayı ilə bağlı məhkəmə işində prokurorun rəyi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prokuror Əkrəm İmamoğlu, Özgür Çelik və daha 7 nəfərin nümayəndələrə maddi fayda təmin edərək qurultay seçkilərinə təsir göstərmək ittihamı ilə 3 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib.
Cemil Tugay, Hüseyin Yaşar və Özgen Namanın isə bəraət alması istənilib.
Məhkəmə iclası noyabr ayına təxirə salınıb.
Müəllif: Roza




