Dünya · Bakupost.az

Paşinyanın dediyi "gizli plan" nədir: İrəvanda hakimiyyət dəyişikliyi hazırlanır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyanın dediyi "gizli plan" nədir: İrəvanda hakimiyyət dəyişikliyi hazırlanır? xəbəri üçün şəkil

Avrasiya İqtisadi Birliyinə(AİB) üzv dövlətlərinin heç birinin digər üzv dövləti təşkilatdan çıxarmaq hüququ yoxdur.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bunu keçirdiyi ənənəvi brifinqdə AİB üzv dövlətlərinin nümayəndələrinin son açıqlamasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə bir imkan yalnız KTMT çərçivəsində təmin edilir.
AİB və KTMT-nin eyni ölkələri əhatə etdiyini qeyd edən Paşinyan bu əsasda Ermənistanın niyə KTMT-dən çıxarılmadığını soruşub.
"Metropoliya tarixində ilk dəfə olaraq bizi özünə yaxınlaşdırmır, əksinə dolayı yolla deyir ki, siz bizdən çıxarılacaqsınız. Belə bir hal erməni xalqının tarixində heç vaxt baş verməyib", - deyə Baş nazir bildirib.
Daha sonra o qeyd edib ki, əvvəlki dövrdə Ermənistana tətbiq edilən məhdudiyyətlər həm Ermənistanda, həm də xaricdə müəyyən dairələrin əldə etməyə ümid etdikləri iqtisadi və siyasi nəticələri verməyib.
“Görürəm ki, həm Ermənistanda, həm də xaricdə mövcud vəziyyətdən istifadə etməyə çalışan və bundan sonra da çalışacaq qüvvələr var. Söhbət təkcə Ermənistanda siyasi qeyri-sabitliyi qızışdırmaqdan getmir. Bu qeyri-sabitliyin konkret məqsədi var: Ermənistanın faktiki müstəqilliyinin aradan qaldırılması”, - deyə Paşinyan vurğulayıb.
Erməni baş nazirin sözlərinə görə, hazırda geniş yayılmış gizli planın bir hissəsi olan üçüncü cəhd hazırlanır ki, burada da diqqət iqtisadi amillərə deyil, siyasi amillərə yönəlib.
O bildirib ki, məqsəd daxili qeyri-sabitliyi qızışdırmaq və ölkə üzərində faktiki nəzarət yaratmaqdır.
Rüfət Sultan,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑