ABŞ-ın SyberJet şirkəti SJ36 adlı yüngül reaktiv təyyarənin tamölçülü maketini təqdim edib.
Təyyarənin maksimal sürəti saatda təxminən 1000 kilometr, uçuş məsafəsi isə 5556 kilometr təşkil edir.
Bizim.Media xəbər verir ki, şirkətin məlumatına görə, model 8 sərnişin üçün nəzərdə tutulub və bir pilot tərəfindən idarə edilə bilər.
SJ36-nın uçuş hündürlüyü 14 935 metrə çatır. Təyyarə Los-Anceles–Havay adaları kimi uzun məsafəli marşrutlarda fasiləsiz uçuşlar üçün nəzərdə tutulub.
Şirkət, həmçinin yeni modelin alınması ilə bağlı 50-dən məktubun alındığını deyib.
Bizim.Media
ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





