Dünya · Yeni Çağ

Politoloq: “İranın dostluq bəyanatları daxili sabitliyi pozmaq cəhdlərini pərdələyir” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Politoloq: “İranın dostluq bəyanatları daxili sabitliyi pozmaq cəhdlərini pərdələyir” - Yeni Çağ xəbəri üçün şəkil

“İran Azərbaycan haqqında dostluq-qardaşlıq mesajı verirsə, deməli, alt qatda Azərbaycana qarşı hansısa məkrli siyasəti vardır.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

 

 Politoloq İran rəsmisinin bir neçə gün öncə Azərbaycanın daxili məsələlərinə qarışmayacağı, iki ölkə arasında dostluq-qardaşlıq bağı olduğu barədə bəyanatına aldanmamaq lazım olduğunu diqqətə çatdırıb:

“Ümumiyyətlə, İran tərəfindən həmişə ikibaşlı siyasət görürük. İran həmişə dostluqdan, qardaşlıqdan danışır, amma əməldə Azərbaycan əleyhinə fəaliyyət göstərir. Biz görürük ki, həm Avropada, həm də ölkə daxilində İran tərəfi həmişə məzhəbçi siyasətdən istifadə edərək müəyyən qruplar vasitəsilə Azərbaycandakı daxili siyasi sabitliyi pozmağa çalışır. İran hər nə qədər sözdə dostluqdan danışsa da, praktiki olaraq İranda hakimiyyəti ələ alan SEPAH anti-Azərbaycan siyasəti yürüdür. İran Azərbaycanın təhlükəsizliyini təhdid edəcək şəkildə siyasət həyata keçirir, Azərbaycana qarşı müəyyən təşkilatlar yaradır. Bu təşkilatlara müxtəlif üzvlər cəlb edirlər, xüsusilə “Hüseyniyyun” kimi təşkilatlar mövcuddur. İranın dostluq-qardaşlıq sözlərinə inanmaq olmaz. Əgər onlar belə ifadə işlədirlərsə, deməli, alt qatda Azərbaycana qarşı hansısa məkrli siyasətləri vardır.”

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑