ABŞ Dövlət Departamenti prezident Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizasının ləğv edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Departamentin oktyabrın 20-də yaydığı məlumata görə, Trampın ikinci dəfə prezident vəzifəsinə başlamasından sonra ləğv edilən vizaların sayı 300 mini ötüb.
Qeyd edək ki, Dövlət Departamenti avqustun 10-da 2025-ci ilin yanvarından etibarən 175 mindən çox vizanın ləğv olunduğunu bildirmişdi.
Beləliklə, son açıqlama ABŞ-da viza ləğvlərinin sayının artmaqda davam etdiyini göstərir.



