Dünya · Sfera.az

Fransada etirazlara qarşı ordu cəlb olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada etirazlara qarşı ordu cəlb olunur xəbəri üçün şəkil

Fransada kütləvi iğtişaşlardan sonra hökumət təhlükəsizlik tədbirlərini gücləndirir.

Sfera.az Reuters-ə istinadən xəbər verir ki, oktyabrın 17-də Paris, Marsel, Lion və digər şəhərlərdə baş verən zorakılıq və talanlardan sonra şənbə günü keçiriləcək yeni etiraz aksiyaları zamanı polisə hərbçilər də dəstək verəcək.

Baş nazir Sebastian Lekorni şənbə günü genişmiqyaslı təhlükəsizlik əməliyyatının həyata keçiriləcəyini bildirib. Daxili işlər naziri Loran Nünez isə əvvəlki əməliyyat zamanı yol verilən nöqsanlardan sonra təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Lekorni kəşfiyyat məlumatlarının toplanmasında və polis qüvvələrinin yerləşdirilməsində çatışmazlıqlar olduğunu etiraf edib. Nünez də baş verənlərə görə təəssüfləndiyini və məsuliyyətin bir hissəsini üzərinə götürdüyünü bildirib.

Hökumət iğtişaşların səbəblərini araşdırmaq üçün parlament komissiyasının yaradıldığını, zorakılıq hadisələrində iştirak edən şəxslərin müəyyənləşdirilməsi məqsədilə 200 müstəntiqin cəlb olunduğunu açıqlayıb.

Qeyd edək ki, etirazların davam edəcəyi gözlənilir. Tələbə təşkilatları təhsil sistemindəki problemlərə, “Sarı jiletlilər” hərəkatı ilə əlaqəli qruplar isə yanacağın bahalaşmasına qarşı yeni aksiyalar keçirməyə çağırıblar.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑