Dünya · Trend.az

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ideyasını irəli sürüb.

Tramp Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiöncəsi mitinqdə çıxışı zamanı Venesueladan gətirilən neftə diqqət çəkib.

“Oradakı kiçik gəmini görürsünüz? Onun göyərtəsində Venesueladan gətirilmiş bir milyon barel neft var. Qənimət qalibə məxsusdur. Gəlin Venesuelanı 51-ci ştata çevirək”, – deyə o vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑