"İranın Ali rəhbəri Müctəba Xamenei müharibəyə son qoymaq və "nə müharibə, nə də sülh” vəziyyətindən çıxmaq üçün ölkə rəhbərliyinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə nail olmağın vacibliyini vurğulayıb”.
Bunu İran Ali Milli Təhlükəsizlik Şuranın katibi Möhsün Rezayi Müctəba Xamenei ilə görüşü barədə danışarkən deyib.
"Ali rəhbər müharibəyə son qoymaq və "nə müharibə, nə də sülh” vəziyyətindən çıxmaq məqsədilə ölkə rəhbərliyinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsi yolu ilə İran xalqının və müqavimət oxunun (proksi qüvvələrin - red.) hüquq və maraqlarının təmin olunmasına nail olmağın zəruriliyini vurğulayıb”, - o bildirib.
Rezayi qeyd edib ki, Xamenei ilə digər məsələlərlə yanaşı, Hörmüz boğazının idarə olunması və qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi də müzakirə olunub.
İranın ali rəhbəri görüşdə müzakirə olunan məsələlərlə bağlı təlimatlar verib.
Xatırladaq ki, Müctəba Xamenei ilə görüş barədə bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da məlumat yaymışdı. ///teleqraf///






