Dünya · Bizim.Media

ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Polşada “Patriot” sistemləri üçün texniki xidmət mərkəzini yaradacaq xəbəri üçün şəkil

ABŞ Polşada “Patriot” hava hücumundan müdafiə kompleksləri üçün PAC-3 raketlərinin texniki xidmət mərkəzini yerləşdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, kritik təchizat zəncirlərinin inteqrasiyasına Almaniya, Niderland və İsveç rəhbərlik edəcək.
 

Pentaqonun məlumatında qeyd olunub ki, Avropada silahların texniki xidməti, təmiri və əsaslı bərpası üzrə regional imkanların yaradılması işlərin görülmə müddətini əhəmiyyətli dərəcədə azaldacaq və kritik təchizat zəncirlərinin etibarlılığını artıracaq.


Qeyd edilib ki, regional mərkəz müttəfiqlərin hava və raket hücumundan müdafiə qüvvələrinin əməliyyat hazırlığını yüksəldəcək, böhran vəziyyətlərində imkanların sürətlə genişləndirilməsinə şərait yaradacaq və NATO-nun şərq cinahında kollektiv çəkindirmənin effektivliyini gücləndirəcək.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑