Dünya · Teleqraf

Braziliyada Bolsonarunun senator mandatının ləğvi tələb olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Braziliyada Bolsonarunun senator mandatının ləğvi tələb olunur xəbəri üçün şəkil

BAKI, 28 oktyabr. TELEQRAF

Braziliyada bir qrup deputat ABŞ-yə gedən Flaviu Bolsonarunun senator mandatından məhrum edilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Braziliya Konqresindəki mənbə məlumat verib.

Bildirilib ki, qanunvericilər keçmiş prezident Jair Bolsonarunun oğlu Flaviu Bolsonarunun ölkəni tərk etməsindən sonra onun senator səlahiyyətlərinə xitam verilməsi təşəbbüsü ilə çıxış ediblər.

Qeyd edək ki, daha əvvəl Flaviu Bolsonarunun ABŞ-yə getdiyi barədə məlumat yayılıb. Braziliya Prezidenti Luis İnasiu Lula da Silva onun ölkəni tərk etməsini biabırçılıq adlandırıb.

Əlavə təsdiqlənmiş məlumat: Deputat Samia Bomfim və digər parlamentarilər Senatın sədri Davi Alkolumbreyə rəsmi müraciət edərək Bolsonarunun mandatının ləğvi, maaşının və deputat imtiyazlarının dayandırılması məsələsinə baxılmasını istəyiblər. Müraciətə səbəb kimi senatorun parlament fəaliyyətini tərk etməsi ehtimalı göstərilib. Hələlik mandatın ləğvi barədə qərar verilməyib. Terra

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑