Dünya · Teleqraf

Tramp amerikalılara Fransaya getməməyi tövsiyə edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp amerikalılara Fransaya getməməyi tövsiyə edib xəbəri üçün şəkil

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkə vətəndaşlarına Fransaya səfər etməkdən çəkinməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“İnqilabları sevmirsinizsə, Fransaya getməyin. Məncə, fransızlar inqilab etməkdə inanılmaz dərəcədə bacarıqlıdırlar”, – ABŞ lideri deyib.

Trampın açıqlaması Fransada davam edən etiraz aksiyaları fonunda səslənib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron daha əvvəl oktyabrın 17-də keçirilən etiraz aksiyalarının gözləniləndən daha geniş miqyas aldığını etiraf edib.

Makron bildirib ki, hakimiyyət nümayişlərin bu qədər geniş yayılacağını proqnozlaşdırmayıb və ictimai asayişin qorunması üçün kifayət qədər polis qüvvəsi səfərbər edilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑