Dünya · Trend.az

Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı dünyaya fayda verəcək qərar qəbul edəcəyini bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı dünyaya fayda verəcək qərar qəbul edəcəyini bildirib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar məsələsində həm ABŞ-ın, həm də bütövlükdə dünyanın maraqlarına uyğun qərar vermək niyyətində olduğunu açıqlayıb.

Amerika lideri bu barədə Floridada yerləşən Mar-a-Laqo iqamətgahında jurnalistlərə danışarkən bildirib.

“Bir çoxunuz hələ hansı qərarı verəcəyimi bilmirsiniz. Lakin bu məsələni həll edəcəyik və bundan sonra hər şey sizə məlum olacaq. Hesab edirəm ki, qəbul edəcəyimiz qərar həm ölkəmizə, həm də bütün dünyaya böyük fayda gətirəcək. Çünki biz qlobal miqyasda fəaliyyət göstəririk”, – Tramp qeyd edib.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, prezident Rusiyaya qarşı mümkün sanksiyaların, eləcə də digər ölkələrə tətbiqi nəzərdə tutulan əlaqəli gömrük rüsumlarının təsirlərini araşdırmaq üçün 60 günlük müddətdən yararlanmaq istəyir.

“Əsas çətinlik ondan ibarətdir ki, söhbət yalnız Rusiyaya qarşı sanksiyalardan getmir. Tədbirlər Hindistan da daxil olmaqla, bir sıra ölkələrə tətbiq edilə biləcək gömrük rüsumlarını da əhatə edir. Buna görə də prezident ayrılmış 60 gün ərzində bu məhdudiyyətlərin və rüsumların dünya iqtisadiyyatına, o cümlədən ABŞ iqtisadiyyatına mümkün təsirlərini qiymətləndirmək niyyətindədir”, – Rubio jurnalistlərə açıqlamasında deyib.

Dövlət katibi əlavə təhlilin aparılmasının zəruriliyini dünya enerji bazarlarında müşahidə olunan mürəkkəb vəziyyətlə əlaqələndirib.

Onun sözlərinə görə, enerji təchizatına İran ətrafında baş verən hadisələr, Hörmüz boğazında artan gərginlik, husilərin Səudiyyə Ərəbistanına hücumları, həmçinin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində enerji infrastrukturuna endirilən zərbələr təsir göstərir.

Rubio vurğulayıb ki, bütün bu amillər birlikdə qlobal enerji qiymətlərinin formalaşmasına təsir edir. Bu səbəbdən Vaşinqton yeni məhdudlaşdırıcı tədbirlərin yarada biləcəyi iqtisadi nəticələri ətraflı şəkildə təhlil etməyi planlaşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑