Dünya · Teleqraf

“Flydubai” təyyarəsində terror cəhdində ilot həmkarının davranışından şübhələnməyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Flydubai” təyyarəsində terror cəhdində ilot həmkarının davranışından şübhələnməyib xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

“Flydubai” aviaşirkətinin pilotu Smit Maççhar terror aktına cəhddə ittiham olunan ikinci pilotun uçuşdan əvvəlki davranışında heç bir şübhəli məqam müşahidə etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “The National” nəşrinə müsahibəsində danışıb.

Maççharın sözlərinə görə, uçuş adi qaydada başlayıb və yeganə fərq onun yeni həmkarla işləməsi olub.

“Bu, tamamilə adi uçuş idi. Heç nə mənə hansısa problemin baş verə biləcəyini düşündürmürdü”, – pilot bildirib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu daha əvvəl “Flydubai” təyyarəsində ikinci pilotun hava gəmisinin komandirinə hücum etdiyini açıqlayıb.

Qurumun məlumatına görə, hücumu törətməkdə ittiham olunan ikinci pilot balta ilə silahlanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑