Dünya · Azxeber.com

Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb xəbəri üçün şəkil
ABŞ-nin Nyu-York şəhərində metro stansiyasında 30 yaşında olan kişi güllələnərək öldürülüb.
Nyu-York Polis İdarəsinin məlumatına görə, hadisə oktyabrın 17-də yerli vaxtla saat 12:21 radələrində Manhettenin mərkəzində yerləşən "53-cü küçə – Yeddinci avenyu” metro stansiyasında baş verib.
Naməlum şəxs E xətti üzrə şimal istiqamətində hərəkət edən qatarların platformasında kişiyə atəş açıb və hadisə yerindən qaçıb.
Polis şübhəli şəxsin müşahidə kameraları vasitəsilə əldə edilən görüntülərini yayımlayıb.
Hüquq-mühafizə orqanları şübhəlinin yerinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatı olan şəxslərə polisə müraciət etmək çağırışı edib.
Hadisə ilə bağlı araşdırma aparılır.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑