Dünya · Teleqraf

KİV: Uels Rusiya və Çin peyklərini izləyəcək radar sisteminin qurulmasına mane olur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: Uels Rusiya və Çin peyklərini izləyəcək radar sisteminin qurulmasına mane olur xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Böyük Britaniya hökuməti Uels hakimiyyətinin kosmik məkanın izlənilməsi üçün nəzərdə tutulan hərbi radar kompleksinin yerləşdirilməsinə qarşı çıxmasından narazıdır.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Söhbət ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS alyansı çərçivəsində həyata keçirilən DARC (Deep Space Advanced Radar Capability) layihəsindən gedir.

2023-cü ilin dekabrında elan edilən layihəyə əsasən, radar kompleksi Uelsin Pembrokşir bölgəsində yerləşən keçmiş Broud kral hərbi hava bazasının ərazisində qurulmalıdır.

Sistem istənilən hava şəraitində kosmik obyektlərin sutka ərzində fasiləsiz izlənilməsini və müəyyənləşdirilməsini təmin edəcək. Britaniya mediasının əvvəlki məlumatlarına görə, kompleksin əsas məqsədlərindən biri Rusiya və Çinin kosmosdakı peyklərini izləməkdir.

Lakin Uelsin millətçi “Plaid Cymru” partiyasının nümayəndələri layihəyə qarşı çıxırlar. Onlar radar kompleksinin nadir çəmənlik göbələklərinin yaşayış mühitinə və ətraf mənzərəyə mənfi təsir göstərə biləcəyini, həmçinin obyektin hərbi hədəfə çevrilməsi riskini əsas gətirirlər.

Böyük Britaniyanın hakim Leyboristlər Partiyasından olan deputatlardan biri bu mövqeyi ideoloji və antiamerika xarakterli adlandırıb.

Nəşrin mənbələri isə Uels hökumətini layihənin icrasını bilərəkdən ləngitməkdə ittiham ediblər.

Qəzet qeyd edir ki, müdafiə və milli təhlükəsizlik məsələləri Londonun səlahiyyətində olsa da, tikinti və şəhərsalma üzrə qərarların qəbulu Uels hakimiyyətinə həvalə edilib. Bu isə yerli parlamentin layihənin təsdiqlənməsi prosesinə müdaxiləsinə imkan yaradır.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑