Dünya · Publika.az

Kanadada hərbi bazada yanğın baş verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanadada hərbi bazada yanğın baş verdi xəbəri üçün şəkil

Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt Kanada Silahlı Qüvvələrinin bazasında güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karni "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Alberta əyalətindəki Ueynrayt Kanada Silahlı Qüvvələrinin bazasında böyük yanğına səbəb olan ciddi insident baş verib”, - deyə o yazıb.

Qeyd olunub ki, insident nəticəsində xəsarət alanlar var, lakin onların dəqiq sayı məlum deyil. Baş nazir Karni həmçinin ölkə hökumətinin Alberta əyalətinin rəhbərliyi ilə əlaqə saxladığını bildirib. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Hüseyn İbadlı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑