Dünya · Banker.az

Tramp: İranla müharibə başa çatdıqdan sonra benzinin qiyməti daha da ucuzlaşacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İranla müharibə başa çatdıqdan sonra benzinin qiyməti daha da ucuzlaşacaq xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin münaqişədən əvvəlki səviyyədən də aşağı düşəcəyini bildirib.

Amerika lideri bu barədə Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bu müharibə çox tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra benzinin qiyməti aşağı düşəcək və əvvəlkindən də ucuz olacaq”, – Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, oktyabrın 17-nə ölkədə bir qallon (3,78 litr) benzinin orta qiyməti 4,30 dollar təşkil edir. ABŞ ilə İran arasında münaqişə başlamazdan iki gün əvvəl isə bu göstərici 2,98 dollar olub.

Dizel yanacağının qiyməti isə bir qallon üçün təxminən 6,52 dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 dollar çoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑