Səudiyyə Ərəbistanının Nəcran bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyinin nəzarətində olan ərazidə baş verib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, AH-6i tipli kəşfiyyat helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Qeyd olunub ki, helikopterdə olan hər iki şəxs ölüb. Qəzanın səbəbləri və hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.



