Dünya · Axar.az

Avropa qoşunları Ukrayna üçün Polşaya yerləşdiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa qoşunları Ukrayna üçün Polşaya yerləşdiriləcək xəbəri üçün şəkil

1500-dən çox britaniyalı, fransalı, almaniyalı və polşalı hərbçi Rusiya ilə atəşkəs əldə olunacağı təqdirdə Ukraynada qoşunların yerləşdirilməsi prosedurunu Polşada məşq edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Qeyd olunur ki, təlimlər noyabr ayında keçiriləcək və bu, öz növündə ilk təlim olacaq. Təlimlərin məqsədi Avropa qoşunlarının Ukrayna ərazisində mövcudluğunun çəkindirici amil rolunu oynayacağı müharibədən sonrakı vəziyyətə hazırlıqdır.

Nəşrin məlumatına görə, Avropa hərbçiləri çoxmillətli sülhməramlı əməliyyat çərçivəsində qoşunların yerdəyişməsi və logistika təminatı üzrə məşqlər keçirəcəklər.

Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, hərbçilər çoxmillətli qüvvələrin müəyyən bir ərazidə birgə yerləşəcəyi ssenari üzrə təlim keçəcəklər. Mənbə əlavə detalları açıqlamaqdan imtina edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑