ABŞ rəsmi Londonun İranın Böyük Britaniyanın Feyrford hərbi aviabazasına hücum hazırlığında ehtimal olunan iştirakı ilə bağlı mövqeyini bölüşür.
Bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərlə söhbətində bildirib.
"Böyük Britaniya aviabazaya hücum hazırlığının arxasında iranlıların dayandığını bəyan edib. Görünür, bu qiymətləndirmə ilə razılaşmamağımız üçün heç bir əsas yoxdur. Üstəlik, biz də bu mövqeyi bölüşürük", – Rubio deyib.
Xatırladaq ki, oktyabrın 13-də Böyük Britaniyanın Tehrandakı səfiri Hyu Şorter Londonun ittihamları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran tərəfi Feyrford aviabazasında baş vermiş insidentə aidiyyəti olduğu barədə iddiaları rədd edib, onları əsassız adlandırıb və Böyük Britaniyadan sübutlar təqdim etməsini tələb edib.
///report///




