ABŞ-nin Kanzas ştatının Viçita şəhərində futbol matçı zamanı avtomobilin meydana daxil olaraq insanları vurması nəticəsində iki nəfər həyatını itirib.
Bu barədə "Fox News” telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə idman kompleksində keçirilən futbol qarşılaşması zamanı baş verib.
Avtomobilin vurduğu şəxslərdən biri uşaq, digəri isə yetkin yaşlı şəxs olub. Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib. ///teleqraf///




