Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə MMN-in "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Daha sonra Almaniya Federal Müdafiə Nazirliyinin siyasət direktoru, doktor Martin Şefer və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşlərdə, ilk növbədə, mövcud münaqişə bölgələri nəzərə alınmaqla, regional təhlükəsizliyin gücləndirilməsi, iki ölkənin ortaq maraqlarının qorunması və əməkdaşlıq sahələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Bu çərçivədə həyata keçirilə biləcək konkret tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Təmaslar zamanı Türkiyə ilə Almaniya arasında strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb, regional sülhə və sabitliyə töhfə verəcək, konkret nəticələrə yönəlmiş təmasların davam etdirilməsi barədə razılıq təsdiqlənib.






