Dünya · Azxeber.com

Makronu ölümlə hədələdilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makronu ölümlə hədələdilər xəbəri üçün şəkil
Fransada etiraz aksiyalarının iştirakçıları ölkə Prezidenti Emmanuel Makrona Fransa kralı XVI Lüdovikin aqibətini xatırladıblar.
Bu barədə RT telekanalı məlumat yayıb.
Məlumata görə, nümayişçilər vaxtilə XVI Lüdovikin başının gilyotinlə kəsildiyini xatırladaraq, Makronun da eyni aqibətlə üzləşə biləcəyinə işarə ediblər.
"Makron, Makron, bunu yenidən edəcəyik!” – deyə etirazçılar şüarlar səsləndiriblər.
Nəşrin məlumatına əsasən, Makronu edamla hədələyən nümayişçilər Paris küçələrində yürüş edərək prezidentin istefasını tələb edirlər. Aksiyalarda məktəblilər, tələbələr və "Sarı jiletlilər” hərəkatının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, qarşıdan gələn etiraz aksiyaları ilə əlaqədar Parisdə bir neçə metro stansiyası bağlanıb. Oktyabrın 17-si Fransada məktəblilərin tətilinin ilk günüdür. Bu səbəbdən ölkənin bir neçə bölgəsində şagirdlərin aksiyaları ilə əlaqədar yollarda hərəkət məhdudiyyətləri tətbiq olunub.
Oktyabrın əvvəlində Fransada yuxarı sinif şagirdlərinin etirazları zamanı 24 təhsil müəssisəsinin yandırıldığı və ya dağıdıldığı bildirilmişdi. Nümayişçilər təhsil sistemi üzrə 78 əməkdaşa hücum ediblər. Etirazlar səbəbindən 400–500 təhsil müəssisəsinin fəaliyyəti dayanıb.   ////modern.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑