Dünya · Trend.az

ABŞ Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını prioritet hesab edir - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını prioritet hesab edir - Rubio xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafını prioritet hesab edir və region ölkələri ilə əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir.

Bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio Özbəkistana səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Burada söhbət yalnız Özbəkistandan getmir. Mərkəzi Asiyanın digər dörd ölkəsi ilə münasibətlər də bizim üçün böyük əhəmiyyət daşıyır”, – Rubio qeyd edib.

Onun sözlərinə görə, region dövlətləri ilə birbaşa əlaqələrin davam etdirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Dövlət katibi Özbəkistana qarşıdakı səfərinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Səfər çərçivəsində Rubio C5+1 formatında xarici işlər nazirlərinin görüşünə qatılacaq və Mərkəzi Asiya ölkələrinin nümayəndələri ilə ikitərəfli müzakirələr aparacaq.

2015-ci ildə yaradılan C5+1 platforması ABŞ-ı və Mərkəzi Asiyanın beş dövlətini – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı bir araya gətirir.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, Özbəkistana 200-dən çox aparıcı Amerika şirkətinin nümayəndəsi də səfər edəcək. Vaşinqton bu səfərin ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında ticarət münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacağına ümid bəsləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑