İdman · Trend.az

Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazanıb (FOTO)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazanıb (FOTO) xəbəri üçün şəkil

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu Aşersleben şəhərində keçirilən peşəkar boks yarışında iştirak edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, klubun boksçusu Kənan Hüseynəliyev “Ballhaus in Aschersleben” idman kompleksində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşıb. Altı raund davam edən döyüşün bütün raundlarında üstünlüyünü qoruyan soydaşımız sonuncu raundda rəqibini nokdauna salaraq inamlı qələbə qazanıb. Bununla da boksçumuz peşəkar rinqdə keçirdiyi 14-cü qarşılaşmada 13-cü qələbəsini əldə edib.

Yarış zamanı Almaniyanın müxtəlif şəhərlərindən gələn azərbaycanlılar tribunadan idmançımıza böyük dəstək göstərib, onun qələbəsini coşğu ilə qarşılayıblar.

Klubun rəhbəri, boks üzrə dünya çempionu Azad Əzizov qarşılaşma ilə bağlı fikirlərini bölüşərək yetirməsinin növbəti sınaqdan uğurla çıxdığını vurğulayıb. O, qazanılan qələbənin xalqımıza ithaf olunduğunu bildirib, həmçinin soydaşlarımıza fəal və davamlı dəstəklərinə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, “Odlar Yurdu” Boks Klubu 2013-cü ildə Almaniyada yaradılıb və hazırda 100-ə yaxın üzvü var. Yarandığı gündən etibarən klubun idmançıları 50-dən çox beynəlxalq, peşəkar və həvəskar boks turnirində iştirak edib. Klub, eyni zamanda fəaliyyət göstərdiyi Saksoniya Anhalt vilayətinin Boks İdman Birliyinin üzvüdür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑