İdman · Publika.az

Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı xəbəri üçün şəkil

"Qarabağ" futbol klubunda kadr dəyişikliyi baş verib.

Ağdam təmsilçisindən Publika.az-a verilən məlumata görə, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə ölkə kubokunu qazanıb.

O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. Klubdakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑