Ölkə.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Müdafiəçi çətin rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Sabah bizim üçün tarixi oyun olacaq. Bu, "Sabah"ın əsas mərhələdə ilk ev oyunu olacaq, eləcə də mənim üçün. Stadionun tam dolacağını düşünürəm. Rəqibi yaxşı təhlil etmişik, qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.


