İdman · Futbolpress.az

Rusiyada iki “qızıl”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada iki “qızıl” xəbəri üçün şəkil

Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində təşkil olunan beynəlxalq turniri zəfərlə başa vurublar. Olimpiya çempionu David Musulbesin şərəfinə keçirilən yarışda millimiz iki qızıl medal mükafatı qazanıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 10–11-də baş tutan turnirə 15 müxtəlif ölkədən 16 yaşadək 300-dən artıq idmançı qatılıb.

Xüsusilə 85 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Elvin Necəfzadə möhtəşəm çıxışla yadda qalıb. Bütün rəqiblərinə tam üstünlüklə qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz, Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq çəkidə bütün raundları uğurla tamamlayaraq turnirin çempionu adını qazanıb.

Təmsilçilərimiz turnirdə U-15 millisinin böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında qüvvəsini sınayıblar. Beynəlxalq turnirdə III dərəcəli beynəlxalq hakimimiz Nihad Muradov da ədalət təmsilçiləri arasında yer alaraq qarşılaşmaları idarə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑