“Sabah”ın oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar 18 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, dəyişiklik Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlıdır.
Məhdudiyyət 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutları əhatə edəcək.
Avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil olunacaq.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.




