İdman · Futbolpress.az

“Xetafe” ona “göz dikib”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Xetafe” ona “göz dikib” xəbəri üçün şəkil

İspaniya yığmasının və “Real”ın (Madrid) keçmiş müdafiəçisi Dani Karvaxal karyerasını “Xetafe”də davam etdirməyə çox yaxındır.

Futbolpress.az xəbər verir ki, insayder Matteo Morettonun yaydığı məlumata görə, tərəflər artıq sənəd mübadiləsini həyata keçirirlər. Avropa çempionunun bu gün və ya sabah səhər saatlarında Madrid təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Yayda müqaviləsi başa çatdıqdan sonra “Real”dan ayrılan 34 yaşlı futbolçu bir qədər əvvəl “Xetafe” ilə razılıq əldə etsə də, La Liqa rəhbərliyi transferin qeydiyyatına müvəqqəti mane olmuşdu. Buna səbəb İspaniya klubları üçün tətbiq edilən sərt maliyyə reqlamentidir. “Xetafe”nin məhdud əməkhaqqı büdcəsi fonunda Karvaxal kimi titullu ulduza olduqca aşağı maaş təklif etməsi La Liqada rəsmi razılaşmadan kənar ödənişlərin edilə biləcəyi şübhəsini doğurmuşdu.

Gərgin danışıqlardan sonra tərəflər hüquqi məsələləri qaydaya salmağı bacarıblar.

AS nəşrinin məlumatına görə, “Xetafe” orta sahəni də təcrübəli adla gücləndirmək niyyətindədir. Rəhbərlik 2009-2011-ci illərdə komandanın şərəfini qorumuş Dani Parexonu da yenidən heyətə qatmaq üçün fəal iş aparır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑