İdman · Trend.az

Qırğızıstan 2027-ci ildə MDB ölkələrinin IV Oyunlarına ev sahibliyi edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstan 2027-ci ildə MDB ölkələrinin IV Oyunlarına ev sahibliyi edəcək xəbəri üçün şəkil

Bakı. Trend:

Qırğızıstan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin IV Oyunlarına ev sahibliyi edəcək.

Bu barədə MDB ölkələrinin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında qərar qəbul olunub.

İştirakçılar Bişkekin 2027-ci il üçün “Birliyin İdman Paytaxtı” statusuna layiq görülməsini yekdilliklə dəstəkləyiblər. Həmin il Qırğızıstan MDB ölkələrinin Bədən tərbiyəsi və idman üzrə Şurasına da sədrlik edəcək.

Qeyd edək ki, MDB ölkələrinin ilk Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, ikinci Oyunları 2023-cü ildə Belarusun paytaxtı Minskdə, üçüncü Oyunları isə 2025-ci ildə Azərbaycanın Gəncə şəhərində keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑