İdman · Bizim.Media

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə” xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.

Bizim.Media xəbər verir ki, 41 yaşlı futbolçu CNN Portugal-a müsahibəsində bu barədə danışıb:

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir. Özümdən daha yaxşı heç kimi tanımıram”.

Ronaldo argentinalı Lionel Messi ilə rəqabətini Formula 1-in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətlə müqayisə edib:

 

“Biz həmişə çox yaxşı münasibətdə olmuşuq. Bir-birimizi motivasiya etmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam, heç nəyə görə peşman olmaram”.

 

Qeyd edək ki, müsahibə Ronaldonun Portuqaliya millisində yaşadığı qalmaqaldan sonra yayımlanıb. O, Millətlər Liqasında Norveçlə səfər oyununda (2:1) meydana buraxılmadığı üçün baş məşqçi Jorje Jezuşla fikir ayrılığı yaşayıb və daha sonra yığmanın düşərgəsini tərk edib.

Ronaldo sonradan milli komandada karyerasını başa vurmadığını, fiziki vəziyyəti imkan verəcəyi təqdirdə yenidən yığmada oynamağa hazır olduğunu bildirib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑