İdman · Bizim.Media

Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arda Turan Türkiyə millisinin baş məşqçisi TƏYİN OLUNACAQ? xəbəri üçün şəkil

Türkiyə millisinin baş məşqçisi vəzifəsinə namizəd göstərilən Arda Turan təklifi dəyərləndirmək üçün şəxsi təyyarə ilə İstanbula gəlib.

Bizim.Media xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna rəhbərlik edən 39 yaşlı mütəxəssis ötən həftə komandasının oyunundan sonra Türkiyəyə yollanıb. Ailəsi ilə görüşən A.Turan Türkiyə Futbol Federasiyasının (TFF) təklifini müzakirə edib.
 

TFF-nin İdarə Heyəti qurumun prezidenti İbrahim Hacıosmanoğluna Arda Turana rəsmi təklif göndərmək üçün tam səlahiyyət verib. İclasda Türkiyə millisinin baş məşqçisi vəzifəsinə yerli namizəd kimi yalnız onun adı müzakirə olunub.


İlk təmas zamanı A.Turan klubunun onu buraxmayacağını və müharibə şəraitində komandanı yarı yolda qoymaq istəmədiyini bildirib.

Bunu nəzərə alan federasiya rəhbərliyi ona həm “Şaxtyor”un, həm də Türkiyə millisinin baş məşqçisi vəzifələrini paralel şəkildə icra etmək variantını təklif edib. “Sabah” qəzetinin məlumatına görə, Turan bu ehtimalı müzakirə etmək üçün “Şaxtyor” rəhbərliyi ilə də görüşəcək. Onun Donetsk klubu ilə 2027-ci il iyunun 30-dək müqaviləsi var.

Məlumata görə, Arda Turan təklifi qəbul etməyəcəyi təqdirdə TFF xarici mütəxəssislərə müraciət edəcək.

Vinçentso Montellanın ayrılmasından sonra milli komandanın baş məşqçi postu üçün yerli mütəxəssis variantı ön plana çıxsa da, məsələ ilə bağlı yekun qərar hələ verilməyib.

Arda Turanın ötən mövsüm “Şaxtyor”la çempionluq qazanması və yüksək nəticələr göstərməsi onun Türkiyə millisinin baş məşqçisi postuna namizədlər sırasında yer almasına səbəb olub.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑