İdman · Bizim.Media

Rəqibin saçını çəkdi, meydandan qovuldu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rəqibin saçını çəkdi, meydandan qovuldu - VİDEO xəbəri üçün şəkil

İspaniya La Liqasının 8-ci turunda “Vilyarreal”a qalib gəldikləri matçda (1:0) qalmaqallı şəkildə qırmızı kart alan “Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior azarkeşlərdən və komandasından üzr istəyib.

Bizim.Media xəbər verir ki, vinger qarşılaşmanın ikinci hissəsində rəqib torunu silkələsə də, VAR müdaxiləsindən sonra qol ləğv edilib.

Kadrlarda Vinisiusun hücumun əvvəlində “Vilyarreal”ın kanadalı yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından çəkdiyi aydın görünür.

Bu hərəkətinə görə o, birbaşa qırmızı kartla meydandan qovulub. Sözügedən epizoddan sonra “Instagram” hesabında paylaşım edən Vinisius “Şənlik davam edir... Komandamdan və azarkeşlərimizdən üzr istəyirəm” ifadələrini işlədib.
 

İnsayder Fabrisio Romanonun yaydığı hakim hesabatında isə braziliyalının qərara aqressiv reaksiya verdiyi, hakimin üzərinə qışqıraraq yeridiyi və komanda yoldaşlarının onu çətinliklə saxladığı bildirilir.


“The Touchline” nəşrinin məlumatına görə, “Kral klubu” rəhbərliyi futbolçunun köhnə intizam vərdişlərinə qayıtmasından ciddi narahatlıq keçirir. Vinisiusun 2-3 oyunluq disvalifikasiya alacağı və çempionatın lideri “Barselona” ilə keçiriləcək növbəti “El Klasiko”nu buraxacağı gözlənilir.





Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑