İdman · Futbolpress.az

“Omar” kubokunun qalibi müəyyən oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Omar” kubokunun qalibi müəyyən oldu xəbəri üçün şəkil

Bakıda atçılığın konkur növü üzrə “Omar” kuboku keçirilib.

Futbolpress.az xəbər verir ki, maneə hündürlüyü 105-110 sm təşkil edən L klass kateqoriyasında 19 idmançı mübarizəyə qoşulub. Maneələri cərimə balı olmadan tamamlayan 11 atlı təkrar sıçrayış mərhələsinə vəsiqə qazanıb.

Həlledici yürüşdə Anar Hümbətov “Zirvə” ləqəbli atı ilə bütün rəqiblərini geridə qoyaraq turnirin baş kubokuna yiyələnib. A. Hümbətov digər “Məğrur” atı ilə 3-cü yeri tutub. Bu kateqoriyada 2-ci yeri Cahangir Novruzbəyli (“Naxış”), 4-cü yeri Seyid Musayev (“Parlaq”), 5-ci yeri isə Valeriya Roşenko (“Fine Chocolate”) tutub.

Hündürlüyü 130-135 sm olan M klass yarışlarında isə 7 konkurçu qüvvəsini sınayıb. İlkin mərhələnin nəticələrinə əsasən A.Hümbətov “Zirvə” atı ilə 3-cü sıranı təmin edib.

Nəfəs kəsən final qarşılaşmasında Seyid Musayev (“Zidane D”) və Kənan Novruzov (“Miss Baloubet MNM”) çempionluq uğrunda mübarizə aparıblar. Son sıçrayışda iki maneəni aşıran K. Novruzov üstünlüyü əldən verərək 2-ci yerlə kifayətlənib. Beləliklə, M klass kateqoriyasının çempionu adını Seyid Musayev qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑