İdman · Globalinfo.az

Anar Hacıyev “Qarabağ”dan getdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Anar Hacıyev “Qarabağ”dan getdi xəbəri üçün şəkil

“Qarabağ” futbol klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev vəzifəsindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb.

Bildirilib ki, Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə “Qarabağ” iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Komanda UEFA Çempionlar Liqasında pley-offa, Avropa Liqasında isə 1/8 final mərhələsinə yüksəlib.

Anar Hacıyev klubda çalışdığı müddətdə nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb və Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.

“Qarabağ” FK Anar Hacıyevə xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑