Bakı.Trend:
Roma Papası XIV Leo cərrahiyə əməliyyatı keçirib.
Vatikanın mətbuat xidməti xəbər verir ki, əməliyyat zamanı Roma Papası XIV Leodan sağ ağciyərinin aşağı payı çıxarılıb.
Bildirilib ki, əməliyyat videoassistentli cərrahi üsulla həyata keçirilib. Təcili histoloji müayinə əməliyyatdan əvvəl aparılan müayinələrin nəticələrinə əsasən qoyulmuş ağciyər adenokarsinoması (bədxassəli şiş) diaqnozunu təsdiqləyib.
Cərrahi müdaxilə uğurla başa çatıb və heç bir ağırlaşma qeydə alınmayıb. Roma Papası əməliyyat otağında təxminən üç saat qalıb, əməliyyatın özü isə təqribən bir saat yarım davam edib.
Əməliyyatdan sonra XIV Leo normal şəkildə özünə gəlib və qısa müddət müşahidə altında saxlanıldıqdan sonra Romadakı Aqostino Cemelli klinikasının 10-cu mərtəbəsində yerləşən palatasına qaytarılıb.




